Ajans.az xəbər verir ki, hadisə ötən gün saat 17 radələrində Kür çayının Sabirabad rayonu Ulacalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kəndin sakini Məmiyev Eldəniz Cabir oğlu çayda çimərkən batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti bu gün səhər saat 8 radələrində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Sabirabad rayon şöbəsi üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.