Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevlə görüş müsbət və dostluqşəraitində təşkil olunub.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian İqtisadiƏməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşündən qayıtdıqdan sonraTehranda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu görüşdə iqtisadi və regional əməkdaşlıqsahəsində müsbət razılıqlar formalaşıb.
İran prezidenti deyib ki, Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğanla baş tutan görüş çox müsbət və konstruktiv olub. Bugörüşdə iqtisadi məsələlər diqqət mərkəzində saxlanılıb və gələcəkdiplomatik koordinasiyalar haqda məsləhətləşmə aparılıb.
Pezeşkian qeyd edib ki, Pakistan baş naziri Məhəmməd ŞahbazŞəriflə baş tuan görüşdə konstruktiv müzakirələr aparılıb.Qarşılıqlı anlaşmalar və iki ölkə münasibətlərinin inkişafıistiqamətində lazımi dəstəklərlə bağlı səylərin göstərilməsi qeydolunub. Görüşdə, həmçinin, diplomatik və birgə iqtisadiəməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.
İran prezidenti əlavə edib ki, Tacikistan prezidenti EmoməliRəhmonla baş tutan görüşdə iki ölkə arasında iqtisadi, elmi vənəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsini vacibliyiqeyd olunub. Görüşdə iki ölkənin əməkdaşlıq prosesiningücləndirilməsi vurğulanıb.
“Belə səfərlər müsəlman ölkələri arasında əlaqələringücləndirilməsinə şərait yarada bilər. Elmi, nəqliyyat, mədəniyyətsahələrində rəsmilər və mütəxəssislər daha aktiv olmalıdırlar.Qarşılıqlı səfərlər sadəcə prezidentlər səfiyyəsi iləməhdudlaşmamalıdır. Nazirlər və nazir müavinləri əldə olunanrazılaşmaları öz iş gündəmlərində saxlamalıdırlar”, - deyə obildirib.
Xatırladaq ki, 4 iyulda Azərbaycanın Xankəndi şəhərində İqtisadiƏməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü keçirilib.