AZ

Sabirabadda Kür çayında boğulan şəxsin meyiti tapılıb

Sabirabad, 5 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda 19 yaşlı gəncin Kür çayında boğulması ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 17 radələrində Kür çayının Sabirabad rayonu Ulacalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kəndin sakini Məmiyev Eldəniz Cabir oğlu çayda çimərkən batıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti bugün səhər saat 08 radələrində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Sabirabad rayon şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
9
azertag.az

10Mənbələr