AZ

Badalovun ölümü ilə bağlı əsas versiya açıqlanıb

News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyulun 4-ü səhər meyiti Moskvada hündürmərtəbəli binanın qabağında tapılan Andrey Badalovun intihar etdiyi – özünü eyvandan atdığı bildirilir.

News24.az Rusiya mənbələrinə istinadla xəbər verir ki, Andrey Badalov həmin binanın yuxarı mərtəbələrindəki mənzillərdən birində yaşayırmış. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi, meyitin üzərindən ürək ritmini sutkalıq izləyən tibbi cihazın aşkarlandığı da qeyd olunur.

Məlumata görə, Badalov xanımına intiharqabağı məktub da yazıb.

Badalovun həyat yoldaşı hadisə yerinə gələndə halı pisləşib, ona təcili yardım çağırılıb.

Badalovun meytini səhər tezdən binanın mühafizəçisi aşkarlayıb.

Hadisə baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb, istintaq orqanları yoxlamaları davam etdirir.

62 yaşlı Andrey Badalov Rusiyanın “Transneft” şirkətinin vitse-prezidenti olub. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.

“Transneft” ümumi uzunluğu 68 min kilometrdən çox olan magistral neft kəmərləri sistemini idarə edən, strateji əhəmiyyətə malik bir dövlət şirkətidir.

“Transneft” şirkəti vitse-prezidentin ölüm faktını təsdiqləyib, lakin hadisənin detalları barədə şərh verməkdən imtina edib./medianews

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
news24.az

10Mənbələr