AZ

Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq

Orenburqda Leninski Rayon Məhkəməsi Zaur Naxçıvanski kimi tanınan azərbaycanlı “qanuni oğru” Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib. O, sentyabr ayınadək istintaq təcridxanasında qalacaq.

Mia.az-ın məlumatına görə, bu barədə iyulun 4-də rayon məhkəməsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb. O, cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, cəzasını Rusiyada çəkəcək, çünki bu ölkənin vətəndaşıdır. Zaur Naxçıvanski məşhur kriminal avtoritet Hikmət Sabirabadlı ilə birgə qətlə yetirilən Bayram Talıbovun oğludur.

Seçilən
10
4
mia.az

10Mənbələr