Rusiya hüquq-mühafizə orqanları bu günlərdə Moskva vilayətinin İstra rayonunda yerləşən ticarət obyektlərində genişmiqyaslı “anti-miqrant” reyd həyata keçirib.
Reydin əsas hədəfi isə bölgədəki azərbaycanlı icmasının tanınmış lideri, “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti”nin rəhbəri Tahir Hacıyevə məxsus bazar və digər obyektlər olub.
Məlumatı “Operativnıye svodki” teleqram kanalı yayıb. Bildirilir ki, “profilaktik tədbirlər” çərçivəsində həmin bazarda miqrasiya sənədləri olmadan çalışan şəxslər, eləcə də qeyri-leqal yataqxana və dini məkan aşkarlanıb. Bu obyektlərin hüquqi statusu hazırda yoxlanılır.
Teref.az