AZ

Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb 

  "Oscar Mayer" hinduşka bekonuna listeriya təhlükəsinə görə geri çağırış elan olunub.

Referan.az dailymail-ə istinadla xəbər verir ki, rəsmi qurumlar istehlakçılardan "Oscar Mayer" markalı hinduşka bekonlarını listeriya ilə çirklənmə ehtimalına görə dərhal atmalarını və ya geri qaytarmalarını istəyiblər.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi Xidməti və "Kraft Heinz Foods Company" 367 min funtdan artıq qablaşdırılmış hinduşka bekonunun geri çağırıldığını açıqlayıb. Geri çağırılan məhsullar arasında "Oscar Mayer Turkey Bacon Original" 12oz, 36oz (3x12oz) və 48oz (4x12oz) paketlər yer alır.

Listeriya monositogen adlı bakteriya ilə çirklənmə ehtimalı olan məhsullar ABŞ-nin müxtəlif satış nöqtələrinə, o cümlədən Target mağazalarına göndərilib, həmçinin Britaniya Virgin Adalarına və Honq Konqa da ixrac olunub. Hazırda bu məhsullardan istifadə nəticəsində hər hansı xəstəlik halları qeydə alınmayıb.

İstehlakçılardan bu məhsulları istifadə etmədən atmaları və ya alış etdikləri mağazaya qaytarmaları xahiş olunub. Qutuların üzərindəki istifadə müddətləri aşağıdakı kimidir:

12oz: 18 iyul - 2 avqust 2025, UPC: 071871548601

36oz: 23 iyul - 4 sentyabr 2025, UPC: 071871548748

48oz: 18 iyul - 4 sentyabr 2025, UPC: 071871548793

Listeriya bakteriyası sağlam insanlarda adətən yüngül qızdırma, baş ağrısı və ishal yaratsa da, hamilə qadınlar, yenidoğulmuşlar, yaşlılar və zəif immun sisteminə malik şəxslər üçün ölümcül nəticələrə səbəb ola bilər. Xəstəlik beyinə və sinir sisteminə keçərək meningit və ya beyin infeksiyası yarada bilər.

Şirkət təmsilçisi bildirib ki, "Kraft Heinz üçün məhsul təhlükəsizliyi və istehlakçının rifahı hər şeydən önəmlidir" və əlavə edib ki, geri çağırılan məhsulların dövriyyədən çıxarılması üçün tərəfdaşlarla sıx əməkdaşlıq edilir.

Seçilən
11
50
referans.az

10Mənbələr