AZ

"TikTok" satılır? - ABŞ Çinlə danışıqlara bu tarixdə başlayacaq

Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsinin alınması üzrə razılaşma demək olar ki, hazırdır.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

O, Vaşinqtonun iyulun 7 və ya 8-də Pekinlə bu məsələ ilə bağlı müzakirələrə başlamaq niyyətində olduğunu söyləyib.

"Demək olar ki, razılaşmamız hazırdır. Bazar ertəsi və ya çərşənbə axşamı Çinlə danışıqlara başlayacağıq", - deyə o bildirib.

Seçilən
3
35
publika.az

10Mənbələr