AZ

Xankəndi – Tarixi zəfərdən qlobal müzakirələr mərkəzinə

Bakı. Trend:

Bu gün Xankəndi şəhərində keçirilən İqtisadi ƏməkdaşlıqTəşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə regional deyil, həm dəqlobal səviyyədə mühüm siyasi və iqtisadi hadisə kimiqiymətləndirilə bilər. Bu sammitin Xankəndidə keçirilməsiAzərbaycan üçün həm tarixi bir zəfərin, həm də yeni qlobalmüzakirələr meydanının yaranmasının simvoludur.

Xankəndi - Qarabağın ürəyi və Azərbaycanın qədim torpağıdır.Uzun illər işğal altında olan bu bölgənin beynəlxalq əhəmiyyətlitədbirə ev sahibliyi etməsi Azərbaycanın ərazi bütövlüyünü bərpaetməsi və regionun yenidən qurulması prosesinin təzahürüdür. Bu,həm də dünyaya mesajdır: Azərbaycanın tarixdən gələn haqqı bərpaolunub və indi Xankəndi regional, hətta qlobal əməkdaşlıq və dialoqməkanıdır.

ECO Zirvə görüşünün Qarabağda keçirilməsi Ermənistan-Azərbaycanmünaqişəsinin həlli və bölgədə sülhün bərqərar olması üçün mühümaddımdır. Bu, işğaldan azad edilmiş ərazilərdə iqtisadi, sosial vəsiyasi həyatın bərpasına, yenidənqurma və inkişafa başladığınabeynəlxalq səviyyədə dəstəkdir. Xankəndi indi təkcə münaqişə zonasıdeyil, gələcəyə baxan və əməkdaşlığı təşviq edən bir məkandır.

ECO Asiya və Avropa arasında körpü rolunu oynayan, 10 ölkənibirləşdirən əhəmiyyətli regional platformadır. ECO ölkələrininstrateji yerləşməsi enerji resursları, nəqliyyat dəhlizləri vəiqtisadi inteqrasiya üçün vacibdir. Azərbaycanın ECO Zirvə görüşünəev sahibliyi etməsi və bu tədbirin Xankəndidə keçirilməsi onunregional liderliyini və qlobal əməkdaşlıqda aktiv iştirakınıgöstərir.

Bu görüşdə dünya əhəmiyyətli mövzular müzakirə olunub. ECOçərçivəsində bu məsələlərin müzakirəsi Xankəndini dünyaiqtisadiyyatının önəmli hissəsinə çevirir.

Bu şəhərdə keçirilən tədbirlər bölgədə sülhün və davamlıinkişafın təminatı üçün nümunəvi addımlar hesab olunur.

ECO Zirvə görüşünün Xankəndidə keçirilməsi ilə bu şəhər artıqtəkcə regional yox, beynəlxalq tədbirlərin keçiriləcəyi, siyasi,iqtisadi və mədəni müzakirələrin aparılacağı bir məkana çevrilir.Bu, Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, bölgədəsabitliyin, əməkdaşlığın və inkişafin rəmzidir.

Xankəndidə keçirilən ECO sammiti həm Azərbaycanın regionalliderliyini, həm də qlobal məsələlərə töhfəsini nümayiş etdirir.Bu, Qarabağın yenidən doğuşu və Xankəndinin qlobal müzakirələrmeydanına çevrilməsi deməkdir. Bu zirvə görüşü Azərbaycanın təkcəöz tarixi torpaqlarını bərpa etməsi ilə kifayətlənməyib, eynizamanda regionun inkişafı, sülh və əməkdaşlıq üçün nüfuzluplatformaya çevrildiyini göstərir. Gələcəkdə Xankəndinin beynəlxalqdialoq və əməkdaşlıq mərkəzi kimi rolu daha da möhkəmlənəcək.

Seçilən
0
7
az.trend.az

10Mənbələr