AZ

Dünya çempionatı: “Çelsi” yarımfinala vəsiqə qazandı

BAKI. 5 iyul. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir yarımfinalçı müəyyənləşib.

Teleqraf xəbər verir ki, 1/4 final mərhələsində “Çelsi” Braziliyanın “Palmeyras” klubunu 2:1 hesabı ilə məğlub edib.

Matçda hesabı 16-cı dəqiqədə “Çelsi”nin yarımmüdafiəçi Koul Palmer açıb. 53-cü dəqiqədə braziliyalılar Estevaonun qolu sayəsində hesabı bərabərləşdiriblər.

İngiltərə klubu 83-cü dəqiqədə müdafiəçi Malo Qyustonun zərbəsindən sonra braziliyalı qapıçı Vevertonun avtoqolu sayəsində qələbəyə nail olublar.

İngiltərə təmsilçisi yarımfinalda da Braziliya klubu ilə qarşılşacaq. Londonlular finala vəsiqə uğrunda “Əl Hilal”ı (Səudiyyə Ərəbistanı) mübarizədən kənarlaşdıran “Fluminense”ni sınağa çəkəcək.

Seçilən
25
33
teleqraf.com

10Mənbələr