AZ

Polşa da Rusiyaya nota göndərdi


Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın diplomatik missiyasını ölkənin Kiyevdəki səfirliyinə zərər dəydiyi iddia edilən hava hücumunda ittiham edərək nota göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki hesabında məlumat verilib.
“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə hava hücumlarına kəskin etirazını bildirən nota göndərib”, - məlumatda bildirilir.
Nazirlik qeyd edib ki, zərbə beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir.
Xatırladaq ki, bundan bir qədər əvvəl Polşa XİN rəhbəri Radoslav Sikorski Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına endirdiyi zərbələr nəticəsində Polşanın Kiyevdəki səfirliyinin konsulluq şöbəsinin binasının zədələndiyini bildirib. O əlavə edib ki, artıq Polşa səfiri Piotr Lukaseviç ilə danışıb, onun sözlərinə görə, heç kim xəsarət almayıb. Polşa XİN rəhbəri vurğulayıb ki, Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri lazımdır.
Seçilən
30
50
yeniavaz.com

10Mənbələr