Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyənin İzmir şəhərinin sabiq bələdiyyə başçısı Tunc Soyer həbs edilib.
KONKRET.az xəbər verir ki, Türkiyənin TRT Haber telekanalının məlumatına görə, İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunc Soyer korrupsiya ilə bağlı istintaq çərçivəsində saxlanılıb və barəsində həbs qərarı verilib.
O, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür. Məlumata görə, onun həbsi bələdiyyənin fəaliyyətindəki korrupsiya və vəsaitlərin mənimsənilməsi ilə bağlı araşdırmalar zamanı baş verib.
Natiq Səlim,
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.