Polşa Xarici İşlər Nazirliyi Rusiya diplomatik missiyasına nota göndərərək, onu ölkənin Kiyevdəki səfirliyinə ziyan vuran hava hücumunda ittiham edib. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota göndərib və hava hücumlarına qarşı kəskin etirazını bildirib”, - departamentdən bildirilib.
Polşa Xarici İşlər Nazirliyi əlavə edib ki, bu, beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir.