Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya rəsmilərinin və ekspertlərinin respublikadakı daxili siyasi vəziyyətlə bağlı açıqlamalarına etiraz notası verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İrəvan diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə Rusiya KİV-lərində yayılan qeyri-dost ritorikaya və Rusiya Federasiyasının bəzi nümayəndələrinin bəyanatlarına qəti etirazını çatdırıb”, - Ermənistan XİN-in bəyanatında deyilir.
Bu, Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlərlə bağlı olub. Qeydə daxil edilən ifadələrin və adların tam siyahısı açıqlanmayıb.