BAKI, TurkicWorld
Türkiyədə keçmiş İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer, CHP İzmir vilayət sədri Şenol Aslanoğlu, keçmiş İZBETON baş direktoru Heval Savaş Kaya, İZSU baş direktoru Gürkan Ərdoğan, baş katib müavini Övünç Özgen, keçmiş baş katib Barış Karcı, Manisa Böyükşəhər Bələdiyyəsinin baş katib müavini Ulaş Aydın, Buca Bələdiyyəsinin sədr müavini Engin Güzel, keçmiş İzmir Böyükşəhər Bələdiyyəsi baş katib müavini Özgür Ozan, İzmir Böyükşəhər Bələdiyyəsi Eşrefpaşa Xəstəxanası baş həkim müavini Qaffar Karadoğan, Bayraklı Bələdiyyəsinin sədr müavini Mehmet Hanifi Mert Yılmaz, CHP Bornova mahalının sədr müavini Haydar İzgin, İzmir Böyükşəhər Bələdiyyəsi baş katib müavini Övünç Özgen, CHP Ankara vilayət sədri Ümit Erkolun oğlu Fırat Erkol, İzmir Sənayeçi və İş Adamları Dərnəyinin (İZSİAD) sədri Hüseyin Cengiz də daxil olmaqla ümumilikdə 126 şübhəli saxlanılıb.
TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatın ikinci günündə saxlanılanların sayı 137-yə yüksəlib. Nəzarətə alınan Tunç Soyer və digər şübhəlilər sağlamlıq yoxlamasından sonra polis idarəsinə aparılıb.
Şübhəlilərin, Hesablama Palatası Hesabatı, Daxili İşlər Nazirliyinə bağlı müfəttiş hesabatı, Ətraf Mühit və Şəhərsalma Vilayət Müdirliyinin yoxlama hesabatı, İzmir Böyükşəhər Bələdiyyəsinin Daxili Yoxlama Hesabatı və ekspert rəylərinə əsasən, "Tenderə müdaxilə", "Öhdəliyin yerinə yetirilməsinə müdaxilə" və "Dələduzluq" maddələri üzrə saxlanıldığı bildirilib.
Bildirilib ki, İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində Tunç Soyer də daxil olmaqla 119 nəfər ötən gün və bu gün səhər məhkəməyə göndərilib.
Əməliyyat çərçivəsində məhkəməyə göndərilən və aralarında Tunç Soyer, CHP İzmir vilayət sədri Şenol Aslanoğlu, İZBETON baş direktoru Heval Savaş Kaya da olan 99 şübhəli, prokurorluqdakı ifadələrindən sonra həbs tələbi ilə məhkəməyə göndərilib.