Unikal.az saytına istinadən ain.az xəbər verir.
Manavqat şəhərinin meri Niyazi Nefi Kara Türkiyənin Antalya vilayətində saxlanılıb.
"Unikal" xəbər verir ki, şəhər meri müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür.
Ondan başqa müavinləri də daxil olmaqla daha 34 nəfər saxlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, onlar “Manavqat bələdiyyəsində rüşvət alma, qəsb və pul mənimsəmə əməliyyatı" çərçivəsində saxlanılıb.
Bundan başqa, İzmirdə 'korrupsiya' əməliyyatı çərçivəsində CHP İzmir sədri Şenol Aslanoğlu, keçmiş İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer və İZBETON baş direktoru Heval Savaş Kaya da daxil olmaqla ümumilikdə 45 nəfər haqqında həbs qərarı çıxarılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.