AZ

Boğulan uşaqların meyitləri tapıldı - İkisi qardaşdır-Yenilənib

Şəmkir rayonunda 3 nəfər çayda boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Çayda batan şəxslər 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğludur. Onlar rayonun Qədimqala kəndində qeydiyyatdadırlar.

***
Çayda batanlardan ikisinin qardaş olduğu bildirilir.

***

Hər üç şəxsin meyiti sudan çıxarılıb.

***

Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.

Yunis Quliyev

Seçilən
7
45
qafqazinfo.az

10Mənbələr