AZ

"Azərbaycanın əsas məqsədi Türk dünyası ilə əlaqələri daha sıx şəkildə inkişaf etdirməkdir" - AÇIQLAMA 

"Zirvə görüşündə Türk dünyasının rəsmilərinin Xankəndidə bir araya gəlməsi, əlbəttə ki, çox ciddi önəm daşımaqdadır. Nəzərə alsaq ki, Türk dünyasının birliyinə dair atılan addımlar, xüsusilə Azərbaycan tərəfindən cənab Prezidentin bu sahədə gördüyü işlər xüsusi təqdirəlayiqdir"

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Türk dünyası liderlərinin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən öncə bir araya gəlməsindən danışarkən bildirdi.

"Şimali Kipr Cümhuriyyətinin liderinin Azərbaycana dəvət edilməsi, digər türkdilli dövlətlərin sammitində iştirakına şərait yaradılması da məhz İlham Əliyevin təşəbbüslərindən biridir. Əlbəttə, Azərbaycanın əsas məqsədi Türk dünyası ilə əlaqələri daha sıx və interaktiv şəkildə inkişaf etdirməkdir. Məncə, bu sahədə işlər kifayət qədər aparılır.

Təbii ki, Azərbaycandan asılı olan və olmayan səbəblər mövcuddur ki, bunlar həm də regional amillərlə bağlıdır. Bu sahədə Azərbaycan artıq ölkələrə dəstək göstərə bilir ki, onlar bir araya gələrək birgə fəaliyyət həyata keçirə bilsinlər.

Ona görə düşünürəm ki, Azərbaycan Prezidentinin gördüyü işlər nümunə ola biləcək işlərdir. Türk dövlətlərinin rəhbərləri də Azərbaycan Prezidentinə və xalqına xüsusi hörmət bəsləyirlər. Azərbaycan Prezidentini birləşdirici amil kimi gördüklərini demək mümkündür", - deyə siyasi şərhçi vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
14
50
redaktor.az

10Mənbələr