AZ

Zelenski və Tramp arasında telefon danışığı olub - YENİLƏNİB

Zelenski Trampla telefon danışığında Ukraynaya dəstəyə görə minnətdarlığını ifadə edib və müharibə ilə bağlı vəziyyəti müzakirə edib.

Moderator.az xəbər verir ki, Volodimir Zelenski bununla bağlı özünün “X” hesabında paylaşım edib.

“Biz Amerika ilə çox şeyə nail olmuşuq və sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyirik. Mən bu gün ABŞ Prezidenti ilə mövcud vəziyyəti müzakirə etdim, o cümlədən, hərbi əməkdaşlığımızdakı fürsətlərə diqqət çəkdik və Ukraynanın hava məkanının qorunmasını gücləndirmək barədə razılığa gəldik. Ukrayna Amerika ilə müştərək layihələrə hazırdır”, - Zelenski qeyd edib.

18:10

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp telefon danışığı aparıblar.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Onların danışığı ABŞ-nin Ukraynaya bəzi əsas hərbi yardım növlərinin tədarükündə fasilələr yaranması fonunda baş tutub.

Seçilən
7
50
moderator.az

10Mənbələr