AZ

Prezident İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-dəXankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğanla görüşüb.

Trend xəbərverir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadiƏməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədəkeçirildiyini vurğuladı.

Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görəTürkiyə Prezidentinə minnətdarlığını bildirdi.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlikmünasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyibildirildi.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, qardaş Türkiyə hərzaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. TürkiyəPrezidenti qeyd etdi ki, bu, həmişə belə olub və bundan sonra dabelə olacaqdır.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görətəşəkkürünü bildirərək öz növbəsində vurğuladı ki, Azərbaycan dahəm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyəninyanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızınperspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikirmübadiləsi apardılar.

Xəbər yenilənəcək

Prezident
Prezident
Seçilən
0
50
az.trend.az

10Mənbələr