AZ

Ukraynanın sabiq müdafiə nazirinin evində axtarış aparıldı

Ukraynanın sabiq müdafiə nazirinin evində axtarış aparılıb.

KONKRET.az xəbər verir ki, Ukrayna mediası öz mənbələrinə istinadla Aleksey Reznikovun evində Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən axtarış aparıldığını yazır. Məlumata görə, bu istintaq Ukrayna Silahlı Qüvvələri üçün ərzaq məhsullarının şişirdilmiş qiymətlərlə alınması ilə bağlı cinayət işi çərçivəsində aparılıb.

Yayılan xəbərlərdə qeyd olunur ki, sabiq nazirdən “qeydiyyata alınmamış” telefon və bir sıra sənədlər götürülüb.

Qeyd edək ki, bu ilin aprel ayında NABU Aleksey Reznikovun həmin iş üzrə şübhəli şəxs qismində tanınmadığını bəyan etmişdi.

Xatırladaq ki, Aleksey Reznikov 2023-cü ilin sentyabr ayında müdafiə naziri vəzifəsindən istefa verib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
6
50
konkret.az

10Mənbələr