BAKI, 4 iyul. TELEQRAF
Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyevin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti ŞavkatMirziyoyevi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.