Fransa prezidenti Emmanuel Makron İran məsələsində rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlamağı vacib hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Mən Putinə ilk növbədə İran məsələsini və Nüvə Silahlarının Yayılmaması Müqavilənin qorunub saxlanmasının zəruriliyini müzakirə etmək üçün zəng etdim. O, kömək etməyə hazır olduğunu bildirdi. Bu razılığın əldə edilməsi çox vacib idi, çünki sabitliyin təmin olunmasında Fransa da məsuliyyət daşıyır", - Makron qeyd edib.