AZ

Türk dünyası olaraq birlikdə addımlamağımız gücümüzə güc qatır Deputat

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın azad olunmuş ərazilərində beynəlxalq tədbirlər davam edir. Bu gün isə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirdi ki, biz 7 il bundan öncə heç xəyal belə etməzdik ki, Qarabağda, Zəngəzurda, Xankəndidə beynəlxalq zirvə toplantıları keçirə bilərik:"Fikir versək görərik ki, həm Şuşada, həm də Ağdamda beynəlxalq tədbirlər, festivallar təşkil olunub. Dünya liderləri dəfələrlə artıq Qarabağda səfərdə olublar. Bu da Azərbaycanın gücünü, qüdrətini göstərən əsas amillərdən biridir. Təbii ki, cənab Prezidentin əsaslı siyasəti bu uğurların əldə olunmasına zəmin yaradıb. Türkdilli dövlətlərin prezidentlərinin dəfələrlə Azərbaycanda olduqlarının şahidi olmuşuq. Bu gün isə artıq biz tamamilə fərqli formatda dünya liderlərinin Xankəndidə toplaşmasının şahidi olduq".

Deputat bildirdi ki, bu, çox böyük uğurdur:

"Bu uğur münasibətilə cənab Prezident İlham Əliyevi təbrik edirəm. Xüsusilə də, cənab Prezidentin türkdilli dövlətlərin liderlərini mütəmadi olaraq bir araya gətirmək üçün atdığı addımları alqışlayıram. Türk dünyası olaraq birlikdə addımlamağımız gücümüzə güc qatır və biz istənilən çətin vəziyyətdən birlikdə çıxa biləcəyimizin siqnallarını veririk. Bu siqnalı həm dostlarımız, həm də bizi istəməyən qüvvələr artıq alıblar".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
redaktor.az

10Mənbələr