AZ

Ərdoğan və Pezeşkian Xankəndidə təkbətək görüş keçiriblər

Azərbaycanın Xankəndi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən məlumat yayıb.

Görüş İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşü çərçivəsində baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsinin direktoru Fahrettin Altun, Türkiyə Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.

Seçilən
0
49
editor.az

10Mənbələr