Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü çərçivəsində baş tutub.