Xankəndi. Trend:
Şimali Kipr İƏT-in “Vision 2035” hədəflərinə tamamiləbağlıdır.
Trend-inXankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali KiprTürk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi ƏməkdaşlıqTəşkilatının (İƏT) 17-ci Zirvə görüşündə deyib.
O bildirib ki, ölkəsi 1992-ci ildən bəri təşkilatın fəaliyyətinəqatılmaqdadır, müşahidəçi statusunu qazandıqları 2012-ci ildənetibarən də çalışmalara aktiv şəkildə töhfə verir.
E.Tatar çıxışında Kipr məsələsindən də söz açıb.
“62-ci ilini tamamlayan Kipr məsələsində türk tərəfi olaraqbütün müzakirələrdə xoş münasibət sərgiləməyimizə baxmayaraq, heçbir nəticə əldə edə bilməmişik. Dünyada və bölgəmizdə sülh, hüzurvə sabitliyin ən çox ehtiyac duyulduğu dönəmdə Kipr adalarındayaşayan iki xalqın da xeyrinə olan əməkdaşlıq təkliflərini qarşıtərəfə göndərmişik.
Biz problemləri dialoq və diplomatiya yolu ilə həll etməkarzusundayıq. Bu günü gələcəyə bağlayacaq əməkdaşlıq təkliflərinibir daha sözdə deyil, praktikada da ortaya qoymuşuq. Təəssüf ki,Kipr Respublikası rəhbərliyi bu təkliflərimizi cavabsız qoyub”, -deyə o fikrini tamamlayıb.