Danimarkanın Avropa İttifaqı (Aİ) naziri Mari Byerre bildirib ki, prezidentlik kürsüsünə keçən Danimarka Ukraynanın Birliyə mümkün üzvlüyünə qarşı çıxan Macarıstanın Aİ-də səsvermə hüququnun dondurulması prosesini sürətləndirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ukraynanın Aİ üzvlüyü üçün "bütün siyasi və praktik həll yollarına baxmağa hazır olduqlarını" ifadə edən Byerre, Budapeştin AB-də səsvermə hüquqlarını dondurmasını sürətləndirmək üçün çalışacaqlarını bildirib.
Byerre həmçinin bildirib ki, Danimarka, Moldova və Ukrayna Aİ-yə üzvlük danışıqlarını birlikdə açmağı hədəfləyir.
Bundan əlavə, yeni üzv dövlətin Aİ-yə qəbul edilməsi üçün İttifaq daxilində yekdillik tələb olunur və Budapeşt Ukraynanın mümkün üzvlüyünə qarşı çıxır.