AZ

Ehtiram Quliyev qiyməti qaldırdı - 500 manata möhtac qalıb, yoxsa..?

“Turan Tovuz“un İdarə Heyətinin sədri Ehtiram Quliyev bir neçə ay əvvəl Kürdəxanıda tikdirdiyi futbol meydançasından pul qazanmağa başlayıb.

İş adamı Bakıətrafı qəsəbədə yerləşən yaşıl sahəyə kifayət qədər böyük qiymət qoyub.

Buradan istifadə edən komandalar 1500 manat ödəməlidir. Bu, 1-1,5 saatlıq məşq üçün tələb olunan məbləğdir.

Əlbəttə, 1500 manat kifayət qədər yüksək məbləğdir. İndiyədək paytaxtın futbol məkanlarının heç birində qiymətlər 1000 manatdan o yana keçməyib.

Ehtiram Quliyev niyə onda belə qiymət qoyub bəs?

Fikirləşməyin ki, tikinti maqnatı 500 manata möhtacdır. Sadəcə, xəbəri var ki, son aylar Bakıda meydança qıtlığı yaranıb.

Əksər Premyer Liqa klublarının gündəlik yararlandığı Bakı Olimpiya Kompleksinin meydançaları xeyli müddətdir bağılıdır və onların yenilənməsi bir az da zaman alacaq.

Quliyev yaranmış vəziyyəti fürsət bilir və əlavə qazanc əldə etmək marağı güdür.

SPORTİNFO.AZ

Seçilən
5
30
sportinfo.az

10Mənbələr