Bakı. TRend:
Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çoxtəsirlənən bölgədə yerləşir. Bu baxımdan, İqtisadi ƏməkdaşlıqTəşkilatına (ECO) üzv ölkələrin öz səylərini iqlim böhranına qarşımübarizədə cəmləşdirməsini xüsusilə vacib hesab edirəm.
Trend xəbərverir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nunXankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadəedib.
Türkiyə liderinin sözlərinə görə, ECO ölkələrinin milli davamlıinkişaf konsepsiyalarını iqlim dəyişikliyi amili nəzərə alınmaqlahəyata keçirməsi çox vacibdir.
Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekolojiməqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirənemissiyaları sıfıra endirmək səylərinə də çəkib.
O vurğulayıb: “Bu gün biz innovativ metodlara və bərpaolunanenerji mənbələrindən fəal istifadəyə arxalanaraq iqtisadiyyatınəsas sektorlarını “yaşıl transformasiya”ya yönəltmək üçün səylərgöstəririk”. O, Türkiyənin ümumi quraşdırılmış enerji tutumundabərpaolunan enerji mənbələrinin payının 59 faizə çatdığını diqqətəçatdırıb. “Bu göstəriciyə görə Türkiyə Avropada beşinci, dünyadaisə on birinci yerdədir”, - deyən Türkiyənin dövlət başçısıAnkaranın öz təcrübəsini digər ECO ölkələri ilə bölüşməyə hazırolduğunu bildirib.