Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır.
APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. ECO-nun 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”.
Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il ECO-nun mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.