Qazaxıstanda Ətraf Mühit Sammitinin keçirilməsini təklif edirik.
APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Qazaxıstan Baş naziri ECO-nun 2035-ci Strategiyasının qəbulunu vacib sayıb: “İnanıram ki, bu Strategiya noyabrda Qazaxıstanda ECO Xarici İşlər Nazirlərinin Şurasında qəbul ediləcək”.
Qazaxıstan Baş naziri İsrail-İran qarşıdurması zamanı ölkəsinin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib. O bildirib ki, Zirvə görüşünün Xankəndində keçirilməsi Azərbaycanın sülh və inkişafa dəstəyini ortaya qoyur.