AZ

Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inandığını bildirib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.
 
Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır.
 
"Türkiyə olaraq, 2053-cü il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu formalaşdırmaq üçün səylərimizi səfərbər edirik. 2024-30-cu illəri əhatə edəcək proqramla 100 milyon ton karbon tullantılarını azaltmağı hədəfləyir. Azərbaycanda keçirilən COP29 tədbirində qəbul edilmiş sənədlərin təsdiqlənməsinin ölkəmizdə son mərhələdə olduğunu qeyd etmək istəyirəm. Şuşanın 2026-cı il üçün ECO turizm mərkəzi seçilməsi münasibətilə Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımızı təbrik edirəm", - R.T.Ərdoğan vurğulayıb.
Seçilən
0
50
moderator.az

10Mənbələr