AZ

Zelenski əsir mübadiləsi həyata keçirib

Ajans.az haberglobal-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, 2 iyun tarixində İstanbulda keçirilən ikinci tur danışıqlar zamanı əldə edilən razılaşmalara əsasən bu gün yeni bir əsir mübadiləsinin həyata keçirildiyini açıqlayıb. Bəyanatda deyilir: “2 iyunda İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, 4 iyulda Kiyev rejiminin nəzarətində olan ərazilərdən bir qrup Rusiya hərbçisi geri döndü.” Nazirlik həmçinin bir qrup Ukrayna hərbçisinin də qarşı tərəfə təhvil verildiyini qeyd edib. Rusiya hərbçilərinin hazırda Belarusda olduqları və onlara psixoloji və tibbi yardım göstərildiyi bildirilib. Müdafiə Nazirliyi əlavə edib: “Bütün rus əsgərləri müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə aparılacaq.”

Ukrayna Prezidenti Volodimir Zelenski isə sosial media hesabında, “Mübadilə davam etməlidir və bunu təmin edən hər kəsə təşəkkür edirəm” paylaşımını edib.

Seçilən
3
29
Ajans.az

10Mənbələr