Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya və Ukrayna arasında 2 iyun tarixində İstanbulda keçirilmiş ikinci tur danışıqlar zamanı əldə edilmiş razılaşmalara əsasən, bu gün yeni bir əsir mübadiləsi baş tutub.
Nazirliyin açıqlamasında qeyd olunub ki, 2 iyun tarixində İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, 4 iyulda Kiyev rejiminin nəzarətində olan ərazilərdən bir qrup rus hərbçisi geri qayıtarılıb.
Nazirlik qarşı tərəfə bir qrup Ukrayna hərbçisinin də təhvil verildiyini bildirib. Hazırda rus hərbçilərinin Belarusda olduqları, onlara zəruri psixoloji və tibbi yardım göstərildiyi qeyd olunub.
Müdafiə Nazirliyi əlavə edib ki, bütün rus hərbçiləri müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrinə aparılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski isə sosial şəbəkə hesabında paylaşım edərək, mübadilənin davam etməli olduğunu və bunu təmin edən hər kəsə təşəkkür etdiyini bildirib.