Missiya.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“İsrailin hücumları bölgəmizi təhdid edir. Qəzzadakı vəhşiliklər dərhal dayandırılmalıdır. Zalıma qarşı uca duracağıq. İsrailin təcavüzkar siyasəti regionda sülh və sabitliyə təhdiddir”.
Missiya.Az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında çıxış edən zaman deyib.
“Hamımızın bildiyi kimi, İsrailin Livan, Suriya və İrana hücumlarının fonunda Fələstin xalqını diz çökməyə məcbur etmək siyasəti dayanır. İsrailin Baş naziri Benyamin Netanyahu administrasiyası bölgəmizi qan gölünə çevirdiyinə görə biz nə Fələstin davasından əl çəkə bilərik, nə də səssiz qala bilərik”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.