AZ

Bannerə “sevirəm” yazan rus gəncə nasizm maddəsi ilə cinayət işi açılıb

Volqoqrad vilayətinin 23 yaşlı sakini Sankt-Peterburqda Böyük Vətən Müharibəsi ilə bağlı korlanmış plakatlara görə saxlanılıb.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Həmin şəxs Qələbə günü üçün quraşdırılan bannerlərə “Mən səni sevirəm” yazıb. Onun şəxsiyyəti təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilib. Saxlanılan şəxs bildirib ki, 21 yaşlı sevgilisinə bu şəkildə hisslərini etiraf etmək istəyib və həmin vaxt sərxoş olub.

Oğlan və sevgilisi polis bölməsinə aparılıb. Gəncə nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, son illərdə Rusiyada istər 1941-45 müharibəsinə, istərsə də 3.4 ildir Ukraynada aparılan “xüsusi əməliyyat”a dair “güldən ağır söz” deyənlər ciddi cəzalandırılır.

Musavat.com

 

Seçilən
14
50
musavat.com

10Mənbələr