İqlim dəyişikliyi bütün xalqlar, dövlətlər üçün təhlükə yaradır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Qırğız Respublikasının Prezidenti bərpa olunan enerji mənbələri, kənd təsərrüfatında ağıllı strukturların yaradılması üçün səyləri birləşdirməyə çağırır.
“İƏT üzvlərini Bişkek Dağ Sammitində iştiraka dəvət edirəm”, - o əlavə edib.