Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İlk öncə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etmək istəyirəm. O, İƏT-in 17-ci sammitinə uğurla sədrlik edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın digər ölkələri kimi İƏT-in üzv ölkələri də iqlim dəyişmələrinin uzunmüddətli təsirinə məruz qalır: “Pakistan iqlim dəyişmlərinə məruz qalan ilk 10 ölkə sırasındadır. Pakistan öz növbəsində müqavimət, bərpa və yenidənqurma kimi sahələrə yönələn dördtərəfli planın hərtərfli şəkildə yerinə yetirilməsini, eləcə də aşağı emissiyalı dəhlizlər yaradılmasını təklif edir.
Pakistan Baş naziri, həmçinin çıxışında Yaxın Şərqdəki vəziyyətə də toxunub: “Bu gün qeyri-sabitlik və xaos bizim regionumuzda sabitliyi pozur”.
Günel İbrahimova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.