AZ

Şahbaz Şərif: Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir

Pakistan İsrailin İrana hücumunu qəti şəkildə pisləyir.

APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Pakistan Baş naziri İranda həlak olanlara başsağlığı verib, yaralılara tezliklə sağalmağı arzulayıb: “Hindistanın Pakistana təcavüzünə qəti şəkildə cavab verildi, təxribatın qarşısını aldıq. Mən İƏT-də qardaş üzv dövlətlərə Pakistanla həmrəyliyə görə təşəkkür edirəm. Hindistanın təcavüzünü yaddan çıxarmayacağıq”.

Məhəmməd Şahbaz Şərif qeyd edib ki, Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir : “Beynəlxalq ictimaiyyət buna yol verməməlidir”.

Seçilən
0
50
apa.az

10Mənbələr