AZ

"Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır"

AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

"Ermənistan ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb, etnik təmizləmə həyata keçirib, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salıb.Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır. “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar".

AzVision.az
Seçilən
0
42
azvision.az

10Mənbələr