Hazırkı xaotik vəziyyət regionda sabitliyi pozur.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O, öz çxışında İsrailin İrana qarşı həyata keçirdiyi hücumun qəbuledilməz olduğunu bildirib: "Pakistan bu təcavüzü qəti şəkildə pisləyir və bu hücum nəticəsində həyatını itirənlərə görə İran xalqına başsağlığı verir".