AZ

Sevil Mikayılova: Saxta məlumatların yayımına qarşı mübarizə günün tələbidir

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Saxta məlumatların dərci və yayımını qadağan edən normanın müəyyənləşdirilməsi günün tələbidir". 

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, bu səbəbdən, media subyektlərinin fəaliyyətinin müvəqqəti dayandırılması və xitamı ilə bağlı bəzi normalar müəyyənləşib. 

"Media Reyestrindən çıxarılma üçün əsas kimi nəzərdə tututan yeni normalar media subyektlərinin yayımladıqları məlumatlara görə məsuliyyətini artıracaq və cəmiyyətin KİV-ə olan etimadını yüksəldəcək. Bundan əlavə, mümkün sanksiyaların müəyyən edilməsi redaksiyaları dərc etdikləri materialların keyfiyyətinə, faktoloji dəqiqliyinə və qanuna uyğunluğuna daha çox diqqət yetirməyə təşviq edəcək".

S.Mikayılova onu da vurğulayıb ki, xarici media subyekləri də daxil olmaqla, bütün media subyektləri tərəfindən dərci və yayımı qadağan olunan materiallarla bağlı tədbirlərin görülməsi səlahiyyətinin Medianın İnkişafı Agentliyinə verilməsi mühüm əhəmiyyət kəsb edir:

"Belə ki, Agentliyin səlahiyyətlərinin genişləndirilməsi bütün media subyektlərinin qanunvericiliyə əməl etməsinə daha effektiv nəzarət mexanizmini formalaşdıracaq. Media bazarında bərabər rəqabətli fəaliyyət şəraiti təmin ediləcək və ölkənin informasiya təhlükəsizliyini sistemini möhkəmləndirəcək.

Bundan əlavə, xarici media subyektlərinin Azərbaycan ərazisində maliyyə mənbələrinin şəffaflaşdırılması ölkənin daxili informasiya proseslərinə xarici müdaxilələrin qarşısını almağa xidmət edəcək. Yəni, Azərbaycandakı xarici media subyektlərinin fəaliyyətinin müstəqilliyini və şəffaflığını gücləndirəcək".

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
27
bakivaxti.az

10Mənbələr