Bavariyada bir nəfər sürətli qatarda 4 sərnişini yaralayıb. Hadisə dünən Vyana istiqamətində hərəkət edən qatarda baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat dərc edib.
Bildirilir ki, polis hücumçunun "təhlükəli əşya" - baltadan istifadə etdiyini bildirib. Hücumdan sonra bir neçə sərnişin təcili əyləci çəkib - qatar yolun açıq hissəsində dayanıb.
Hadisə şahidləri polis gələnə qədər hücumçunu mühasirəyə alaraq onu zərərsizləşdiriblər. Şübhəlinin həbs zamanı yaralandığı və helikopterlə xəstəxanaya aparıldığı bildirilir.
Qatarda 500-ə yaxın adam olub. Hücumun motivləri barədə hələlik məlumat yoxdur.
Nəşr yazır ki, hücumu Suriya vətəndaşı həyata keçirib. Onun üzərindən çəkic və balta götürülüb.