İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır.
KONKRET.az report-a istinadla xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O, sammitin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyərək Prezident İlham Əliyevə təşəkkür edib.
S.Japarov bildirib ki, iqtisadiyyatın inkişafı iqlim dəyişikliyi ilə sıx əlaqəlidir:
“İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır. Enerji sektoru da daxil olmaqla həyatın bütün sahələrinə yenidən baxmağı vacib edir. Bərpa olunan enerji sahələrinin artılması və digər istiqamətlərdə səylərimizi artmağa çağırıram. Biz 2027-ci ildə “Bişkek+25″ İkinci Qlobal Dağ Sammitinə ev sahibliyi edəcəyik”.
Qırğızıstan Prezidenti vurğulayıb ki, hazırda ən əhəmiyyətli layihələrdən biri Çin-Qırgızıstan-Özbəkistan dəmiryoludur:
“Onun tikintisi ölkələrimiz arasında əlaqəni sürətləndirəcək, iqtisadiyyatın inkişafına töhfə verəcək. Biz virtual təhlükəsizliyin gücləndirilməsi, kibercinayətkarlığın azaldılması istiqamətində əməkdaşlıqda maraqlıyıq”.