AZ

Özbəkistan Prezidenti İƏT ticarət nazirlərinin toplantısının Daşkənddə keçirilməsini təklif edib

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ticarət nazirlərinin toplantısının Daşkəndə keçirilməsini təklif edirəm.

Day.Az bildirir ki, Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev İƏT 17-ci zirvə-toplantısında bildirib.

"Hazırda üzv dövlətlər arasında qarşılıqlı ticarət səviyyəsi aşağı olaraq qalır - bu, onların ümumi xarici ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir və 2024-cü ilə olan məlumata əsasən, təxminən 95 milyard ABŞ dolları səviyyəsindədir. Bu sahədə strateji əməkdaşlığın inkişaf yollarını müzakirə etmək üçün İƏT-ə üzv dövlətlərin ticarət nazirlərinin görüşünü Daşkənddə keçirməyi təklif edirik", - deyə o vurğulayıb.

Xəbər yenilənəcək

Seçilən
2
50
day.az

10Mənbələr