Qardaşım Prezident İlham Əliyevi Zirvə görüşünə uğurlu sədrliklə bağlı təbrik edirəm.
APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Pakistan Baş naziri deyib ki, Zirvə görüşünün Xankəndində keçirilməsi böyük əhəmiyyət daşıyır.