AZ

Rusiya mediasının iddiaları absurddur, yalan məlumatlar yayılır Anar Bağırov

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur. Bu gün Rusiyanın bir sıra KİV-ində son günlər ölkəmizdə həbs olunmuş RF vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır.  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət kollegiyaya daxil olmayıb.

Ölkə.Az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O vurğulayıb ki, həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət yoxdur: "Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müraciət olunub. Vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar. Rusiya KİV-nin diqqətini isə bir daha vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində Rusiya və Azərbaycan bayraqları altında baş verən demonstrativ terror aksiyasına cəlb edərək öz ölkələrində vəkillərin acınacaqlı durumunu işıqlandırmağa, obyektiv olmağa çağırırıq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
26
olke.az

10Mənbələr