Yazını böyüt
Yazını kiçilt
“Qanunda bu cür inhisarlığın nəzərdə tutulmasını doğru hesab etmirəm. Belə görünür ki, kazinoların yalnız Sea Breeze-də açılması nəzərdə tutulur. Niyə Nargində, Padamdarda, Naxçıvanda da kazinolar yaradılmasın…”
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Süni adalarda kazinoların yaradılması məsələsi birmənalı qarşılanmayıb.
Deputat Əli Hüseynli məsələnin yalnız süni torpaqlara aid olduğunu, başqa yerlərdə kazinoların açılmasının nəzərdə tutulmadığını bildirib.