Hazırda azad olunan ərazilərdə 16 şəhər və kənd bərpa edilib.
“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, azad olunan ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir, təhsil alır.